Gürcüstanda 2316 yeni yoluxma, 18 nəfər ölüb

5 Yanvar 2021 14:22

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  2 316  yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı  232 079, ölənlərin sayı isə 2 646 nəfərə çatıb.

Virusa yoluxanlardan 222 787 nəfərin sağaldığı bildirilir.

Milli.Az