Ermənistanda daha 14 nəfər koronavirusdan öldü

5 Yanvar 2021 13:50

Ermənistanda daha 324 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 160 544 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 2 878-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 692-yə yüksəlib. İndiyədək 145 759 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 215 aktiv koronavirus xəstəsi var.

Milli.Az