“15 ildir şəkillərini qucaqlayıram” - FOTO

5 Yanvar 2021 11:50

Müğənni Vüqar Muradov sosial şəbəkə hesabında bir neçə il əvvəl dünyasını dəyişən anası ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı anasının fotosunu paylaşaraq bunları əlavə edib:

"15 ildir özünü deyil, sadəcə şəkillərini qucaqladığım əvəzolunmazım, anam... Bilirsiniz niyə bu şəkli paylaşdım? Sağlığında analarınızı doyunca qucaqlayın, qoxlayın deyə. Qoruyun anaları... Onların yeri dolmur. Bu varlığın adı üstündədir, ana".

Milli.Az