Ermənistanda Kərki kəndinin də Azərbaycana qaytarılması elan edildi

4 Yanvar 2021 16:57

Erməni politoloq Hrant Melik-Şahnazaryan, Şurnux kəndinin bir hissəsindən başqa Kərki kəndinin də Azərbaycana veriləcəyini iddia edir.

Xatırladaq ki, Azərbaycan hərbçiləri Azərbaycan SSRİ-nin Qubadlı rayonu ərazisindəki Ermənistan SSR-nin keçmiş sərhədlərindən kənarda yerləşən Şurnux kəndinin bir hissəsini nəzarətə götürüblər.

Qeyd edək ki, Kərki kəndi, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə görə, Naxçıvan Muxtar Respublikasının Sədərək bölgəsindədir. Kənd 1992-ci ilin mayında erməni qoşunları tərəfindən işğal edilmişdi.

Milli.Az