Bakı sakinindən 6 kq narkotik götürülüb

4 Yanvar 2021 21:30

Paytaxt sakini narkotiklə saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində  Səbail rayonunun ərazisində Bakı şəhər sakini P.Quliyevdən 6 kiloqram 24 qram heroin aşkar edilərək götürülüb.

Milli.Az