Sənət adamları Nailə Mirməmmədlini son mənzilinə yola saldı - FOTOlar

4 Yanvar 2021 16:12

Sənət adamları bu gün dünyasını dəyişən bəstəkar Nailə Mirməmmədlinin evinə toplaşıblar.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, onlar arasında Xalq artisti Röya Ayxan, müğənnilər Niyam Salami, Günay İbrahimli, Mətanət Əsədova və başqaları yer alıblar.

Qeyd edək ki, N.Mirməmmədli infarktdan vəfat edib.

Milli.Az