Qısa müddətdə Çinin və Asiyanın ən varlı adamına çevrildi

4 Yanvar 2021 21:59

Çində peyvənd və tibbi testlər sahəsində qabaqcıl şirkət olan "Beijing Wantai Pharmacy Enterprise"nin 75 faiz səhm pakeinə sahib olan biznesmen Zhonq Shanshan bir il ərzində 70 milyard dollardan çox qazanıb.

Milli.Az xəbər verir ki, 2020-ci ildə sərvətini 6,8 milyard dollardan 78,2 milyard dollaradək artıran şirkət rəhbəri Çinin və Asiya qitəsinin ən varlı şəxsinə çevrilib. Bloomberg-in məlumatına görə, o hazırda dünyanın ən varlı 11-ci adamıdır və varidatının artım tempinə görə dünyanın n varlı 2-ci insanı olan İlon Maskı da geridə qoyub.

Qeyd edək ki, Zhonq Shanshan Çində nəhəng şüşə su istehsalçısı olan "Nongfu Spring"in də sahibidir. (publika.az)

Milli.Az