PSJ-nin futbolçusu koronavirusa yoluxdu

4 Yanvar 2021 17:33

PSJ futbolçuları qış fasiləsindən sonra koronavirus testlərindən keçiblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, testi müsbət çıxan yeganə oyunçu braziliyalı Rafinya olub. 27 yaşlı yarımmüdafiəçinin karantinə alındığı bildirilib.

Qeyd edək ki, Rafinya bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib və 5 qol ötürməsi verib.

Milli.Az