Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq edildi

4 Yanvar 2021 12:33

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Muxtar Babayev - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövşən Rzayev - Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Tural Gəncəliyev - Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fatma Yıldırım - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fərhad Bədəlbəyli - Bakı Musiqi Akademiyasının rektoru

Ədalət Muradov - Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Kamal Abdulla - Azərbaycan Dillər Universitetinin rektoru

Alim Qasımov - Azərbaycan Respublikasının Xalq artisti.

Milli.Az