Aybaba qovuldu

4 Yanvar 2021 15:42

"Kayserispor" baş məşqşisi Samet Aybaba ilə yolları ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son olaraq ölkə çempionatında "Beşiktaş"a 0:2 hesabı ilə uduzan klubun rəhbərliyi türk mütəxəssisi istefaya göndərməyə qərar verib.

Qeyd edək ki, "Kayserispor" Aybabanın rəhbərliyi altında meydana çıxdığı 9 matçın heç birində qələbə qazana bilməyib (5 məğlubiyyət, 4 heç-heçə).

Xatırladaq ki, "Kayserispor" Türkiyə Superliqasında hazırda 10 xalla sonuncu pillədə qərarlaşıb.

Milli.Az