Obameyanqın qardaşı canlı yayımda tapançadan atəş açdı - FOTO

4 Yanvar 2021 13:32

"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanqın qardaşı Villi Obameyanq İnstaqramdakı canlı yayım zamanı tapançadan atəş açıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hadisə 2020-ci ilin son dəqiqələrində baş verib. Bu zaman canlı yayımı 5 mindən çox insan izləyib. Villi öz başının yanından havaya atəş açıb. Bu zaman Pyer-Emerik bir qədər əsəbi görünüb və qardaşının hərəkətini bir qədər təəccüblü adlandırıb.

Qeyd edək ki, Villi "Milan"ın yetirməsidir. O, karyerası ərzində az tanınan komandalarda oynayıb.

Milli.Az