Almaniyada qaçqınlar sığınacağında yanğın - uşaq öldü

4 İyun 2023 17:48

Almaniyanın Apolda şəhərində (Türinqiya) qaçqınlar üçün sığınacaqlardan birində bazar günü yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, MDR telekanalının yerli polisə istinadən verdiyi məlumata görə, 8 nəfər yaralanıb, bir uşaq ölüb.

Məlumata görə, uşaq evinin yerləşdiyi bina tamamilə yanıb. Orada 300-ə yaxın insan yaşayırdı. Yanğının söndürülməsində 100-ə yaxın yanğınsöndürən iştirak edib.

Hadisənin səbəbi araşdırılır.

Milli.Az