Levon Aronyan: “Növbəti dəfə qalib gələcəyik”

4 Yanvar 2021 11:47

Erməni şahmatçı Levon Aronyan "Airthings Masters" onlayn turnirində ikinci yeri tutmasına münasibət bildirib.

Milli.Az qazet.az-a istinadla xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində paylaşım edib:

"Yaxşı bir yarış oldu, "Ponchik" (öz itinə xitab edir - red.). Növbəti dəfə qalib gələcəyik, söz verirəm. Dəstəyiniz üçün təşəkkür edirəm", - paylaşımda qeyd edilib.

Xatırladaq ki, finalın iki turunda da erməni qrossmeyster azərbaycanlı Teymur Rəcəbova məğlub olub.

Milli.Az