Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi gücləndirilir - VİDEO

4 Yanvar 2021 10:24

Qarabağda atəşkəs rejiminə nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirən Rusiya sülhməramlılarının müşahidə məntəqələri istehkam blokpostları ilə təchiz ediləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulub.

Milli.Az