Oğuzhan Koç Demetlə sevgilidir

4 Yanvar 2021 13:45

Müğənni Oğuzhan Koç aktrisa Demet Özdemirlə eşq yaşamağa başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sevgi münasibətlərini hamıdan gizlədən cütlüyün Alaçatıda 3 günlük istirahətdən qayıtdığı məlum olub.

İkili Yeni ili də birlikdə qarşılayıb.

Qeyd edək ki, Demetlə Oğuzhan bir neçə dəfə birlikdə görüntülənsələr də, sevgili olduqlarını inkar ediblər.

Milli.Az