Tərtərdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

3 Yanvar 2021 19:06

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə,  rayonun Hüsənli kəndi ərazisində Ağdam rayon sakini Ə.Əlilinin və Bərdə rayon sakini F.Hüseynovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. Qəza nəticəsində Ə.Əlili aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini və digər sürücü  xəstəxanaya yerləşdirilib.

Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az