"Türk Hava Yolları"nın təyyarəsi İstanbulda təcili eniş etdi - FOTO

3 Yanvar 2021 18:54

"Türk Hava Yolları"nın B777-F tipli yük təyyarəsi İstanbulun "Atatürk" hava limanından hava qalxandan qısa zaman sonra geri dönərək təcili eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təyyarənin gövdəsində quş sürüsü ilə qarşılaşma nəticəsində nasazlıq yaranıb.

"THY" şirkətindən bu barədə verilən açıqlamada TK6220 saylı karqo təyyarəsinin İstanbul-Almatı səfərini yerinə yetirmək üçün hərəkət etdiyi bildirilib.

Milli.Az