"Siti" Kevinlə müqaviləni uzadır

3 Yanvar 2021 17:30

"Mançester Siti" futbolçusu Kevin de Brüyne ilə müqavilənin müddətini uzadır.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu haqda bu gün xarici KİV-lər məlumat yayıb. Bildirilir ki, 29 yaşlı belçikalı yarımmüdafiəçi ilə danışıqlar müsbət sonluqla yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Kevinin klubla hazırkı müqaviləsinin vaxtı 2023-cü ilin yayında başa çatır.

Milli.Az