Koutinyonun son durumu açıqlandı

3 Yanvar 2021 15:30

"Barselona"nın futbolçusu Filippe Koutinyo sol dizindən əməliyyat olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. Lakin Koutinyo yaşıl meydanlara 3 aydan tez qayıda bilməyəcək.

Qeyd edək ki, o, La Liqanın XVI turu çərçivəsində "Eybar"la keçirilən matçda zədələnmişdi.  

Milli.Az