Gürcüstanda son sutkada koronavirusa 417 yoluxma qeydə alınıb, 31 nəfər ölüb

3 Yanvar 2021 14:24

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  417  yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  229 169, ölənlərin sayı isə 2 603 nəfərə çatıb.

Virusa yoluxanlardan 220 442 nəfərin sağaldığı bildirilir.

Milli.Az