ABŞ-ın Virciniya ştatının Bun dairəsində 42 nəfərə COVID-19 "Moderna" peyvəndi əvəzinə, təsadüfən ABŞ prezidenti Donald Trampın xəstəliyi zamanı istifadə olunan "Regeneron" koronavirusu üçün antitelləri olan "kokteyl" vurulub.
Milli.Az oxu.az-a istinadən bildirir ki, yerli səhiyyə şöbəsinin səlahiyyətliləri xəstələrin həyatı üçün təhlükə olmadığını bildirib. General-mayor Ceyms Hoyer hadisə məlum olduğu anda hər şeyi düzəltmək üçün dərhal addımlar atıldığını izah edib.
Bun dairəsinin Səhiyyə Departamenti səhv barədə zərərçəkənləri xəbərdar edib və onlara COVID-19 peyvəndinin yenidən vurulmasını təklif edib.
Departament bu səhvin necə baş verdiyini tam olaraq izah etməyib.
Milli.Az