"Vilyarreal" La Liqada növbəti oyuna çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 17-ci turda doğma meydanda "Levante" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
"Vilyarreal" "Levante" - 2:1
Qollar: Nino, 19 (1:0), Moreno, 54 (2:0), Leon, 73 (2:1)
Bu qələbə ilə xalını 29-a yüksəldən "Vilyarreal" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Turnir cədvəlinə 35 xalla (14 oyun) "Atletiko" başçılıq edir. "Real" 33 xalla (16 oyun) 2-ci, "Real Sosyedad" 29 xalla 3-cüdür.
Milli.Az