Premyer Liqa matçı təxirə salındı

2 Yanvar 2021 19:44

İngiltərə Premyer Liqasının  17-ci turunda  keçirilməli olan "Bernli" - "Fulhem" matçı təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Fulhem"in mətbuat xidməti məlumat yayıb. Komandada koronavirusa yoluxma aşkarlandığı üçün 3 yanvarda keçirilməli olan qarşılamanın qeyri-müəyyən müddətə təxirə salındığı bildirilib.

Qeyd edək ki, 30 dekabrda oynanılmalı olan "Tottenhem" - "Fulhem" matçı da eyni səbəbdən təxirə salınmışdı.

Milli.Az