Futbol tarixinin ən yaxşı qapıçısı elan edildi

2 Yanvar 2021 19:41

"Yuventus"un oyunçusu Canluici  Buffon "La Gazzetta Dello Sport" nəşrinin ekspertləri tərəfindən futbol tarixinin ən yaxşı qapıçısı elan edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu ad uğrunda 17 nəfər namizəd olub. Onların sırasında Manuel Noyer, Peter Şmeyhel, Dino Dzoff kimi qapıçılar da yer alıb.

Qeyd edək ki, 42 yaşlı Buffon karyerasını hələ də davam etdirir.

Milli.Az