ABŞ-da peyvənd olunan 112 yaşlı qadından ismarıc

2 Yanvar 2021 16:16

112 yaşlı Vitti Hazel Plamer ABŞ-da koronavirusa qarşı peyvənd etdirən ən yaşlı sakin olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Plamer 84 yaşlı oğlu ilə eyni anda peyvənd olunub.

Vaksin vurdurduqdan sonra o, "112 yaşındayam, mən belə peyvənd olundum, peyvənd olmaq üçün nəyi gözləyirsiniz?" - əlindəki yazılı lövhə ilə çağrış edib.

Qeyd edək ki, ABŞ-da son 24 saatda 246,180 nəfər yoluxmaqla, ölkədə yoluxma sayı 20,225,939-ə çatıb. Son bir gündə 4,304 nəfər ölüb.

Milli.Az