Ankarada üç gənc zəhərlənərək öldü

2 Yanvar 2021 15:36

Türkiyənin Ankara şəhərində zəhərlənmə barədə məlumat alan polislər hadisə yerinə gəliblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, polislər binanın zirzəmisində üç gənci hərəkətsiz vəziyyətdə tapıblar.

Aparılan araşdırmalarla zərərçəkənlərin hər üçünün həyatını itirdiyi məlum olub.

Qeyd edək ki, ölənlərin 20-25 yaşları olub.

Milli.Az