Koutinyo əməliyyat olunacaq

2 Yanvar 2021 18:18

"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo əməliyyat olunacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Yaxın günlərdə əməliyyat olunacaq oyunçunun nə zaman sıraya dönəcəyi məlum deyil.

Qeyd edək ki, Koutinyo "Eybar"la 1:1 hesabıyla bitən matçda sıradan çıxmışdı.

Milli.Az