"Mançester Yunayted"in qapıçısı David de Xea yeni rekord imza atıb.
Qol.az "Daily Star"a istinadən xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 17-ci turunda "Aston Villa"ya qarşı matçda (2:1) nail olub. Sözügedən görüşlə ispan qolkiper klubdakl 327-i oyununu keçirib. Bu, komandanın legioner futbolçuları arasında yeni bir rekorddur.
Əvvəllər bu rekord "qırmızı şeytanlar"da 326 matç keçirən irlandiyalı Roy Kinə məxsus idi . Onun nailiyyəti 15 il davam edib.
Milli.Az