Yeni ilin ilk saatlarında beşəm uşaq doğulub

1 Yanvar 2021 19:07

Tacikistanın Xatlon vilayətinin Kubodiyen rayonunda yeni ilin ilk saatlarında ölkə tarixində ilk dəfə beşəm uşaq doğulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xoşbəxt ana bu rayonun 30 yaşlı sakinidir. Uşaqların üçü qız, ikisi oğlandır.

Həkimlərin bildirdiyinə görə ana və uşaqlar özlərini yaxşı hiss edirlər. Uşaqlar ciddi nəzarət altındadırlar.

Milli.Az