Göldə batan şəxsin meyiti tapılıb

1 Yanvar 2021 13:28

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) göldə batması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az