Ermənistanda koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb

1 Yanvar 2021 13:42

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 159 738 nəfərə çatıb

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 329 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 2828 nəfərə çatıb. Sutka ərzində COVİD-19-a yoluxan 1 nəfər digər səbəblərdən həyatını itirib. Ümumilikdə Ermənistanda indiyə qədər koronavirusa yoluxub digər səbəblərdən həyatını itirənlərin sayı 685 nəfərdir.

Milli.Az