30 il idi ki, Azərbaycanın torpağı Qarbağ və ətraf 7 rayon erməni işğalında idi. Və bu ərazi ümumilikdə Azərbaycanın 20% əhatə edirdi. Ali Baş Komandan İlham Əliyev 27 sentyabrda əks-əməliyyat əmri verməklə çox qısa müddətdə, 44 günə həmin ərazini erməni işğalından azad edib. Həm döyüş meydanında, həm də dilpomatik müstəvidə əldə etdiyimiz qələbədir. İndi bu qələbəyə radikal müxalifət niyə sevinmir?
Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
N.Orduxanlı bildirib ki, guya radikal müxalifət başa düşmür ki, 30 il ərzində ayaqlarımız dəymədiyi torpaqlara - Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına, Zəngilana, Qubadlıya, Fuzliyə, Cəbrayıla, Xocavəndə, Suqovuşana və digər ərzilərimizə qayıtmışıq:
"Bu radikal müxalifət illərdi onu xalqa təlqin edirdilər ki, Prezident İlham Əliyev heç zaman müharibə etməyəcək. Ancaq Ali Baş Komandanımız 44 günlük müharibə ilə döyüş meydanında 30 il istehkamları quran və hər cür texniki təhcizatla müdafiə olunan və dünayda çox güclü diasporası olan erməniləri darmadağın etdi. Bu tarixi və möhtəşəm qələbəni erməni xalqı yüz illər belə unutamaycaqlar!
Prezident İlham Əliyev tək torpaqlarımızı geri qaytarmayıb, həmçinin də 100 illik xəstə təfəkkürlü erməni millətçiliyini və onların ideologiyasını dünyada məhv edib! Hələ də dünyanın ən güclü dövlətləri Prezident İlham Əliyevin bu qələbəsinin necə baş verdiyini anlaya bilmirlər. Bütün baş verənlər dünyanın gözü qabağındadır. Ancaq radikal müxalifət, xüsusən Milli Şura, Əli Kərimli, Tofiq Yaqublu, xaricə qaçıb dövlətinin maraqlarını satan Sevinc Osman qızı və ona oxşarlar son günlər xalqımızın əldə etdiyi bu qələbəyə kölgə salmağa, Azərbaycan Rusiya və Türkiyə münasibətlərinin korlanmasına yönəlik fəaliyyət göstərirlər. Nə qədər gülməli görünür Əli Kərimli və Milli Şuradakılar".
Milli.Az