"Arsenal"ın futbolçusu "Şalke"də - Rəsmi

1 Yanvar 2021 12:53

Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, "Arsenal"ın müdafiəçisi Sead Kolaşinaç icarəyə götürülüb.
 
27 yaşlı futbolçu mövsümün sonuna qədər "Şalke"də çıxış edəcək.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü 2012-2017-ci illər aralığında da "Şalke"də çıxış edib. O, 2017-ci ilin yayında azad agent kimi "Arsenal"a keçib.

Milli.Az