"Mançester Yunayted"in hücumçusu Edinson Kavani 3 oyunluq cəzalandırılıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu həmçinin 100 min funt sterlinq məbləğində cərimələnib.
Buna uruqvaylı futbolçunun İnstaqram-da irqçi (zənci) ifadə işlətməsi səbəb olub. O, komandasının "Aston Villa", "Mançester Siti" və "Uotford"la matçlarını buraxmalı olacaq.
Milli.Az