Suriyada avtobusun partladılması ilə törədilən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, İŞİD-çilər partlayış nəticəsində 40 Suriya əsgərinin öldüyünü, 6-nın yaralandığını bildirir.
Qeyd edək ki, ötən gün Suriyada avtobusun partladılması nəticəsində 28 dinc sakin həlak olmuş, 13-ü yaralanmışdı.
Milli.Az