"Liverpul"da ciddi itki

1 Yanvar 2021 10:39

"Liverpul"un futbolçusu Joel Matipin durumuna aydınlıq gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp açıqlama verilib.

O, futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, Matip ötən bazar Premyer Liqada keçirilən "Vest Bromviç"lə matçda (Milli.Az1:1) zədələnmişdi.

Milli.Az