Böyük Britaniya və Aİ "Brexit" üzrə keçid dövrünü başa vurublar

1 Yanvar 2021 11:07

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə "Brexit" üzrə keçid dövrü başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, keçid dövrünün başa çatması ilə tərəflər arasında əməkdaşlıq və ticarət haqqında razılaşma qüvvəyə minib.

"Brexit"dən sonra 11 ay davam edən keçid dövrü Bakı vaxtı ilə yanvarın 1-i saat 03:00-da başa çatıb. Beləliklə Böyük Britaniya Avropa İttifaqının vahid bazar və görmük ittifaqından çıxıb, lakin tərəflər rüsumsuz və kvotasız ticarəti davam etdirəcəklər.

Milli.Az