"Yuventus"dan 10 milyonluq transfer

1 Yanvar 2021 04:30

İtaliya nəhəngi "Yuventus" ara transfer mövsümü başlamadan əvvəl hərəkətə keçib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "ağ-qara"lar "Cenoa"nın ulduzu 19 yaşlı Nikola Rovellanı heyətinə cəlb edib.

Məlumatda transfer haqqının 10 milyon avro olduğu bildirilib.

Qeyd edək ki, gənc yarımmüdafiəçi bu mövsüm klubu ilə 8 rəsmi matç keçirib, lakin heç bir qol və məhsuldar ötürməyə imza ata bilməyib.

Milli.Az