Teymur Rəcəbov qələbə qazanıb

31 Dekabr 2020 23:57

"Champions Chess Tour" çərçivəsində təşkil edilən onlayn "Airthings Masters" turnirində yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubovla ilk qarşılaşmasını qələbə ilə başa vurub. Şahmatçımız Rusiya təmsilçisini 3:1 hesabla məğlub edib.

Qeyd edək ki, şahmatçımız yarışın dörddəbir final mərhələsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini məğlub edərək yarımfinala yüksəlib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Milli.Az