Premyer Liqa klubu satıldı

31 Dekabr 2020 20:33

İngiltərə Premyer Liqa klubu "Bernli"nin sahibi dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Bernli"nin idarəetmə payının 84 faizi ABŞ-ın ALK Capital şirkətinin idman investisiya qolu olan "Velocity Sports Partners"ə (VSP) satılıb.

Artıq İngiltərə Premyer Liqası sövdələşməni təsdiq edib.

Qeyd edək ki, "Bernli" hazırda Premyer Liqada 16-cı yeri tutur.

Milli.Az