Nainqqolan sabiq komandasına qayıtdı

31 Dekabr 2020 20:28

"İnter"in yarımmdafiəçisi Raca Nainqqolan mövsümün ikinci hissəni "Kalyari"də davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Belçikalı futbolçu mövsümün sonunadək icarə qaydasında "qırmızı-qaralar"ın heyətində çıxış edəcək. Əlavə edək ki, Nainqqolan 2019/20 mövsümündə də "Kalyari"də (icarə qaydasında) oynayıb.

Futbolçunun "İnter"lə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Milli.Az