Gürcüstanda 1 527 yeni yoluxma, 24 nəfər ölüb

31 Dekabr 2020 12:41

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  1 527  yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  227 420, ölənlərin sayı isə 2505 nəfərə çatıb.

Virusa yoluxanlardan 211 727 nəfərin sağaldığı bildirilir.

Milli.Az