"Dəli deyiləm, sağlamam"

31 Dekabr 2020 12:28

Türkiyəli aktrisa İpək Erdem imicində dəyişiklik edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, izləyicilər saçlarını kəsdirərək bənövşəyi rəngə boyadan aktrisanın depressiyaya düşdüyünü yazıblar.

İ.Erdem bu barədə açıqlama edərək yeni seriala çəkildiyini bildirib:

"Dəli deyiləm, sağlamam. İdmanla məşğul olan, içki və siqaret istifadə etməyən insanam. Bir qadın saçını kəsdirib deyə, depressiyaya girmiş olmur. Möhtəşəm serial təklifi almışam. Saçlarım obrazıma uyğun gəldi".

Milli.Az