Fərdi evdə yanğın olub

30 Dekabr 2020 22:10

Füzuli rayonunun Arayatlı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az