Dövlət başçısı Kamal Abdullayevi "Şərəf" ordeni ilə təltif etdi

30 Dekabr 2020 18:34

Prezident İlham Əliyev K.M.Abdullayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında
Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev "Şərəf" ordeni ilə təltif edilib.

Milli.Az