Norveçin şimalında baş vermiş torpaq sürüşməsində azı 10 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, daha 21 nəfər itkin düşüb.
Hazırda itkin düşənlərin axtarışları aparılır.
Qeyd olunur ki, hadisə paytaxt Oslodan 30 kilometr şimalda qeydə alınıb. Bir neçə yaşayış evi dağılıb.
Bölgədən 700-dən çox sakin təxliyə edilib.
Milli.Az