DİN xəbərdarlıq etdi: bu hallara qəti yol verilməməlidir

30 Dekabr 2020 17:53

"Bayram günləri ərəfəsində həm də koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, virusa yoluxma riskinin dəfələrlə artımına səbəb olan toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq".

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kütləvi halda toplaşmaq və ya yürüş etmək kimi qanunazidd hallara da qəti yol verilməməlidir: "Əks təqdirdə, həmçinin sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə hüquqi məsuliyyət tədbirləri görüləcəkdir".

Milli.Az