Tanınmış kosmetoloq koronavirusdan vəfat etdi

30 Dekabr 2020 17:09

Tanınmış həkim-kosmetoloq Fəridə Məmmədova koronavirusdan vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ona bir neçə gün bundan əvvəl "COVID-19" diaqnozu qoyulub. Müalicə almasına baxmayaraq onun vəziyyəti ağırlaşıb.

Qeyd edək ki, F. Məmmədova Sumqayıtda məşhur gözəllik mərkəzinin rəhbəridir. O, ekspert kimi tez-tez verilişlərdə tamaşaçı qarşısına çıxıb.

Milli.Az