Koutinyo uzun müddət oynamayacaq

30 Dekabr 2020 19:59

"Barselona"nın zədəli futbolçusu Filippe Koutinyo uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubun rəsmi saytı braziliyalı hücumçunun yaxın günlərdə dizindən əməliyyat olunacağını açıqlayıb. Onun təxminən 4 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, Koutinyo bu mövsüm La Liqada 11 oyunda 2 qol vurub.

Milli.Az