"Real"ın sabiq baş məşqçisi Meksika klubunda

30 Dekabr 2020 17:27

"Real"ın sabiq baş məşqçisi Santyaqo Solarinin yeni iş yeri bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan mütəxəssis "Klub Amerika"nı çalışdıracaq. Bu barədə Meksika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Solari, 2018-ci ilin noyabrından 2019-cu ilin martına qədər "Real"ı çalışdırıb.

Milli.Az